Maraqlı

Bu şəkillərin rəsm əsəri olduğuna İNANMAYACAQSINIZ - FOTO

26 İyun 2017 21:45
1 Şərh     Baxış: 3 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yağlı boya rəssamlığı haqqında ilkin məlumatlar bizans sənətkarı, keşiş Teofilin kitabında yer alıb. Yağlı boyaların tərkibi quru piqment və bitki yağlarından ibarətdir. Onların hazırlanmasında əsasən kətan toxumu, xaşxaş və yaxud qoz yağlarından istifadə edilir. Ona görə də yağlı boyalardan hazırlanan rəsm əsərlərinin təbiiliyi insanı çaşdırır. Bəzi rəsmlərə baxanda onların boyalarla işləndiyinə inanmaq xeyli çətin olur. Həmin əsərlər içərisində Erik Zenerin rəsmləri də yer alır.

Milli.Az boyalarla işləndiyinə inanmayacağınız maraqlı fotoları təqdim edir:

1966-cı ildə Amerikada psixoloq və musiqiçi ailəsində dünyaya gələn Erik Zener sənətçi ruha sahib peşəkar rəssamdır. Rəsmlərində xüsusilə ruhi və fiziki yenilənməyə, uşaqlıq və şüuraltı məsələlərə yer verən rəssam 25 ildir bu işlə məşğul olur.
Yağlı boya ilə işlənilən hiperrealist tablolarında sənətçi xüsusilə suya, üzən insanlara və fiqurlara, suyun dərinliyində hava qabarcıqları və müxtəlif sualtı görüntülərə üstünlük verir. Su Zenerin ən sevdiyi mövzudur.
Suyun altında başqa bir dünyanın var olduğuna inanan rəssam Kaliforniya Universitetində psixologiya üzrə təhsil alıb. Təhsilini bitirdikdən sonra dərhal iki il davam edən dünya turuna çıxıb. Maraqlısı da budur ki, Zener dünya turu üçün pulu və qalacaq yeri çəkdiyi rəsmləri sataraq qazanıb.
Zener heç bir rəsm təhsili almayıb. O, bütün bunları öz-özünə öyrənib. 2004-cü ilə qədər 600-dən çox rəsm əsəri yaradıb. İşləri əsasən yağlı boyalarla işlənmiş fotorealist və super-realist növdə çəkilən tablolardan ibarətdir.
Zener İspaniyada yaşayarkən, üzgücülüklə məşğul olub. Su ilə yaxın təmasda olan rəssam sırf suda üzən qadınlardan ibarət tablolar işləyib. Zener bu kolleksiyasını "Müasir İntibah" kimi dəyərləndirib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.