Maraqlı

66 yaşlı taekvondoçu Qurban dayı - VİDEO

30 İyun 2016 18:55
0 Şərh     Baxış: 1 433
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

66 yaşlı Zaqatala rayon sakini Qurban Cabbarov bir neçə ildir ki, idmanın ən ağır növü sayılan Taekvondo ilə məşğul olur.

Kanal S (Region TV) xəbər verir ki, uzun illər polis orqanlarında çalışan Qurban dayı idmanın bu növü ilə məşğul olmaq həvəsini yalnız təqaüdə çıxdıqdan sonra reallaşdıra bilib. Qurban Cabbarov yaşına baxmayaraq özünü olduqca gümrah hiss edir. O, artıq bir neçə regional və respublika miqyaslı yarışlarda uğurlar əldə edib. Ən maraqlısı isə odur ki, Qurban dayının rəqibləri 20-30 yaşlar arasında gənclərdə olub.

Digər həvəskar idmançı Mikayıl Məhərrəmovun isə 56 yaşı var. Gənclik illərində idmanla məşğul olan Mikayıl Məhərrəmov  20 il fasilədən sonra yenidən idmana qayıdıb.

Zaqatala Olimpiya İdman Kompleksində 15-ə yaxın yaşlı nəslin nümayəndəsi müntəzəm olaraq Taekvondo və kiokşin karate idman növü üzrə məşqlərə qatılır.

İnsan istənilən yaşda istənilən sahədə uğur əldə edə bilər. Yetər ki, həvəs, istək olsun.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
66 yaşlı taekvondoçu Qurban dayı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.