Maraqlı

Mayallaq aşan maşına heykəl qoyuldu - VİDEO - FOTO

28 Fevral 2015 21:55
0 Şərh     Baxış: 1 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İngilis heykəltaraş Aleks Çinnek Vauxhall Corsa modelini "ölüm təhlükəli mayallaq" aşmağa məcbur edib. Heykəltəraşın quraşdırdığı bu "abidə" bir müddət Temza çayının cənub sahilində, Londonun Sautbənk rayonunda peyda olub. Bir tona yaxın çəkisi olan avtomobil sıyrılmış yol örtüyündən asılı vəziyyətdə və heç bir struktur dəstəyi olmadan sallanaraq qalıb. Bunun üçün inşaatçı-mühəndislərin, dekoratorların və çilingərlərin ahəngdar fəaliyyəti lazım gəlib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, hamıya aydındır ki, bu cür qeyri-adi üsulla Vauxhall markası sadəcə Corsa heçbekinin yeni nəslini reklam edir. Müəllif "mayallaq aşan avtomobil"ə abidəni necə reallaşdırdığını açıqlamır, lakin məlum olub ki, "qopardılmış asfalt parçası" dekorasiya edilmiş polad konstruksiyadan başqa bir şey deyil. Yeri gəlmişkən "reklam abidəsi" adi maşın parketmə ərazisinin tən ortasında quraşdırılb.

Milli.Az





фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.