Maraqlı

Harun Yəhyadan sərsəm açıqlama: "Erməniləri niyə sevməməliyik ki?!" - VİDEO

9 Aprel 2014 13:37
8 Şərh     Baxış: 2 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam dininə zidd düşüncələri və hərəkətləri ilə məşhur olan türkiyəli "din təbliğatçısı", Azərbaycanda "Harun Yəhya" kimi tanınan Adnan Oktar Yəhya Azərbaycan sözünün etimologiyası ilə bağlı qəribə iddia ilə çıxış edib.


Milli.Az İslam.az-a istinadən bildirir ki, Harun Yəhya ləqəbi ilə tanınan Adnan Oktar öz verilişində Azərbaycan sözünün Qurani- Kərimdə də zikr edilən İbrahim Peyğəmbərin (s) atası (və ya əmisi) olan Azərin adı ilə bağlı olduğunu söyləyib.


O, Azərbaycan, Türkiyə və Ermənistan məsələlərindən də danışıb.


"Ermənistandakı gənclərin, insanların heç bir günahı yoxdur. Onlara qarşı irqçilik etməməliyik. Erməniləri niyə sevməməliyik ki?!" - Adnan Oktar bildirib.


O deyib ki, İsraili və Ermənistanı da özündə birləşdirməyən "türk-İslam" birliyi mümkünsüzdür. Adnan Oktar Azərbaycanla Türkiyənin birləşməsi üçün də
Türkiyə ilə Ermənistan birləşməsinin şərt olduğunu söyləyib.


Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.