Maraqlı

Mercedes-Benz Concept MLC göstərilə bilər

9 Aprel 2014 18:33
0 Şərh     Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qeyri-rəsmi mənbələrdən daxil olan məlumata görə Nyu-York beynəlxalq avtomobil salonunda Mercedes-Benz Concept MLC-ın dünya premyerası ola bilər. Hələ BMW X6 avtomobil bazarına ilk dəfə çıxanda Mercedes-Benz dərhal bildirdi ki, yaxın vaxtlarda yeni Bavariya modelinin məşhurluğuna zərbə vuracaq yeni model buraxacaq. İndiyə qədər bu hələ ki, baş verməyib. Həmçinin onu da unutmayaq ki, o zaman alman avtomobil nəhənginin rəhbərliyi rəsmən təsdiq etdi ki, 2015-ci ildə bazara M-Class, GL-Class və C-Class W205 yeni modelləri çıxacaq. Həmin modellərin istehsalı markanın Alabamadakı zavodunda təşkil ediləcək.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni konsept və onun arxasınca seriya model dörd qapılı kupe/krossover kuzovuna malik olacaq. Yəni, bu BMW X6 və həmçinin gələcək Audi Q6 modellərinin birbaşa rəqibi olacaq.

Yekunda qeyd edək ki, Mercedes-Benz Concept MLC konseptinin meydana çıxması ilin hadisəsi ola bilər.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.