Maraqlı

Nyu-Yorkda yenilənmiş Nissan Versa sedanı debüt edəcək

6 Aprel 2014 18:44
0 Şərh     Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Eyni vaxtda bir neçə xarici avtomobil nəşrləri Nissan şirkətində şəxsi mənbələrinə istinadən bildirib ki, Nyu-York avtosalonunda yenilənmiş Versa sedanın dünya premyerası olacaq. Milli.Az 4charx.com-a istinadən bildirir ki, bu məlumatlar rəsmi təsdiq edilmir, amma avtomobil nəşrlərinin insayderlərinin necə işlədiklərini bilərək iddia etmək olar ki, yenilik həqiqətən Nyu-Yorkda ictimaiyyət qarşısına çıxarılacaq.

Ekspertlərin fikrincə, 2015-ci ilin Nissan Versa modeli 2014-cü ilin başlanğıcında təqdim edilmiş yenilənmiş Sunny modelinin yolu ilə gedəcək. Bu o deməkdir ki, model daha iri radiator barmaqlığı və restaylinq edilmiş bamperlərlə təkamül yolu ilə yenilənmiş dizayn əldə edə edəcək. Daha əvvəllər bildirilirdi ki, Nissan Versa yenilənmiş sedanın salonu daha da yaxşılaşdırılmış interyer əldə edəcək.

Xatırladaq ki, Nyu-Yorkda Beynəlxalq avtosalon 2014-cü il aprelin 16-da öz işinə başlayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.