Maraqlı

Ərəblər Ferrari-ni belə dəyişdilər - FOTO

1 Aprel 2014 22:36
0 Şərh     Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Superkar "Ferrari F12 Berlinetta"-nın fərdi tənzimlənməsi ilə məşğul olmaqla, Səudiyyə Ərəbistanının "ByDesign Motorsports" şirkəti müştərinin sifarişinə uyğun olaraq ona aerodinamik "N-Largo" asması və "Novitec Rosso" şirkətindən eksklüziv təkər diskləri dəsti quraşdırıb. 

Milli.Az Auto.az-a istinadən bildirir ki, ərəb tünerlər onsuz da parlaq görünən avtomobilə bir sıra yeniliklər əlavə etməklə onu daha da nəzərəçarpan və cəlbedici etdilər. İtalyan kupesinin güc qurğusu da yenilənərək əlavə 40 a.g. alıb. 

Yeni bodi-kit avtomobilin xarici görünüşünə daha çox təcavüzkarlıq qatdı. Bu daha çox banın qabaq hissəsində görünür. Burada yeni qabaq bamper ventilyasiya olunan kapotla, kəsikləri olan daha enli qabaq qanadlarla və qabaq işıqların qara fənərləri ilə əla uyğunlaşır. 

Ətraflarda yan ətəklər və arxa qanadlarda təkər arkaları genişləndiriciləri quraşdırılmış, arxada iki spoyler (arxa şüşənin üzərində və baqaj qapağının kənarında) və arxa bamperin karbon diffuzoru yerləşdirilmişdir. 

Bununla yanaşı, sportkar müxtəlif ölçülü 2-rəngli təkərlərə (qabaqda 21-düym, arxada 22-düym), yeni qaz buraxma sisteminə və 6,3-litrlik V12 mühərriki üçün yeni elektron idarəetmə blokuna da sahib olub. 

Milli.Az 


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.