Maraqlı

4 Ford qiymətində toqqa - FOTO

1 Aprel 2014 21:55
0 Şərh     Baxış: 1 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu yazı bir qayışın toqqasına həsr edilib, elə bir toqqaya ki, onun dəyəri ABŞ-da demək olar ki, dörd Mustanq qiyməti ilə müqayisə edilə bilər. Yaxşı, qoy olsun bir yarım yeni Corvette. Axı bu aksessuar üçün 84 min dollar tələb edirlər!

Bəs bu toqqanı belə tündməcaz edən nədir? Təxmin etmək çətin deyil ki, o əl işidir və hazırlanarkən bahalı metallardan istifadə edilib. İlk baxışda Calibre R22 Mark I Bugatti Edition adlı toqqa bir çox cəhətdən İsveçrə saatına oxşayır. Əl işi olmasından başqa onun hazırlanmasında 100 elementdən istifadə edilməsi ilə fərqlənir. Məsələ ondadır ki, toqqanın daxilinə qayışın uzunluğunu çox dəqiq təyin etməyə imkan verən yüksək dəqiqlik mexanizmi yerləşdirilib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, dizayna görə toqqanın yuxarı hissəsi Bugatti Veyron -un mühərrik bölməsinin qapağını xatırladır. Bundan başqa, ona göy yaqutdan düzəldilmiş çoxlu kristal bərkidilib. Həmin kristallardan baxaraq superkarda olduğu kimi incə mexanizm detallarını ayırd etmək mümkündür. Belə toqqanın istehsalında xalis qızıldan, titandan və paslanmayan poladdan istifadə edilir.

İstənilən unikal sportkar istehsalçısı kimi İsveçrə aksessuar dizayneri Roland İten toqqadan məhdud sayda buraxmağı planlaşdırır. Ümumi tiraj 44 ədəd təşkil edəcək, həm də onlar üçün üç dizayn variantı hazırlanıb. Hələ ki, yalnız 11 ədəd toqqa buraxılıb: birinci partiyada ağ, ikincidə isə çəhrayı qızıldan istifadə edilib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.