Maraqlı

Xoruldayanlar üçün şad xəbər - FOTO

7 Fevral 2014 22:54
38 Şərh     Baxış: 4 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xoruldamaq bəzən ailələrin də dağılmasına səbəb olur. Ancaq telxnologiyaların inkişafı bu problemi aradan qaldıracaq. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq xorultunun qarşısını alan ağıllı yastıqlar icad edilib. Bu yastıq xoruldayan adamı ehmalca uzanmaq formasını dəyişməyə vadar edir ki, xorultu kəsilsin.

Ya da onu yuxudan oyadır. Yastığa "Snore Activated Nudging Pillow" adı verilib. Bu cihaz mikrofonla təchiz edilib. Mikrofon yalnız xorultu səsinə reaksiya verir. Bu baş verəndə yastığın bir hissəsi 7,5 sm-ə qədər qalxır ki, yatan adamın başının istiqamətini dəyişsin. İnsanlar adətən beli üstə yatanda xoruldayırlar. Böyrü üstə yatarkən dil nəfəs orqanlarına mane olmadığı üçün xorultu olmur.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.