Hadisə

Sürücü sükan arxasında öldü

29 Mart 2015 16:52
0 Şərh     Baxış: 1 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Quzanlı-Hindarx avtomobil yolunun Ağcabədi rayonunun Sarıcalı kəndinin ərazisindən keçən hissəsində 1 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Ağdam rayonunun Güllücə kənd sakini, 1963-cü il təvəllüdlü Gəray Hidi oğlu Paşayevin idarə etdiyi "Oka" markalı avtomobil yoldan çıxaraq çəpərə dəyib. Sürücü hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, hadisəyə sürücünün ürəyində yaranan problem səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.