Hadisə

Kiyevdə azərbaycanlı tələbə döyülərək qarət edildi

9 Aprel 2014 18:40
0 Şərh     Baxış: 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın paytaxtı Kiyevdə qollarına "Pravıy sektor" təşkilatının sarğısını bağlamış maskalı gənclər azərbaycanlı tələbə Bayramov Sübhan Bayram oğluna hücum edərək döyüb, sonra isə onu qarət ediblər.


Milli.Az xəbər verir ki, yaxınlarının APA-ya verdiyi məlumata görə, hadisə aprelin 7-si, saat 22:00 radələrində Maydana yaxın Qruşevski küçəsində baş verib
 

Maskalı gənclər 25 yaşlı Sübhanın qarşısını kəsib siqaret istəyiblər. Sübhan siqaret çəkən olmadığını bildirəndə ondan pul tələb ediblər. S.Bayramovdan sərt reaksiya görəndə isə maskalılar onu döyməyə başlayıblar.
  

Xeyli döydükdən sonra pul qabını və mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıblar.
  

Yaxınlıqdakı şəxslər davaya müdaxilə etməsələr də, maskalılar hadisə yerindən uzaqlaşandan sonra Sübhanı xəstəxanaya çatdırıblar.

Yaxınları hazırda S.Bayramovun vəziyyətinin yaxşı olduğunu deyiblər.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.