Texnologiya

Buludlara xərclər artacaq

9 Aprel 2014 21:55
0 Şərh     Baxış: 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
IHS analitiklərinin proqnozlarına əsasən, 2017-ci ilədək şirkətlərin bulud xidmətləri və arxitektura sahəsinə ümumdünya xərcləri 235 milyard dolları ötəcək ki, bu da cari ilin nəticəsi ilə müqayisədə 35 faiz yüksəkdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2014-cü ildə bu xərclərin həcmi ötən illə müqayisədə 20 faiz yüksələcək və 174,2 milyard dollara çatacaq.

Müasir biznesin fəaliyyətini daha həssas, elastik və uğurlu hala gətirmək üçün daha sürətli və səmərəli İT mühitin yaradılmasına ehtiyac var - IHS şirkətinin analitiki Caqdiş Rebello yazır. Bulud mühitinə keçməklə şirkətlər müştərilərlə işlədikdə rəqabət üstünlüklərinə malik olmaq üçün böyük məlumat massivləri ilə işləmək üçün güclü analitik alətləri dərindən inteqrasiya etmək istəyir.

IHS şirkətindən bildirilir ki, müəssisələr tədricən İT funksionalının çox hissəsini onlayn sistemlərə keçirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.