Texnologiya

"Azercell" 3GMAX-dan imtina edir?

8 Aprel 2014 15:14
5 Şərh     Baxış: 1 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda fəaliyyət göstərən mobil telefon operatorlarının xidmətlərindən narazı olanların sayı azalmaq bilmir

Milli.Az xəbər verir ki, aznews.az-a daxil olan budəfəki şikayət isə "Azercell"in "3GMAX" internet xidməti ilə bağlı olub.

Paytaxt sakini Zaur adlı şəxs iddia edir ki, "Azercell" mobil operator şirkəti onu aldadıb. Bildirib ki, "Azercell"in "3GMAX" abonenti kimi martın 25-dən aprelin 25-dək aylıq ödəniş edib. Amma 5 gün keçdikdən sonra interneti bağlanıb: "İsmarış gəldi ki, "Hörmətli abunəçi, siz nömrəyə təyin edilən danışıq limitini keçmisiz və xahiş edirik, avans ödəyəsiz". Bu isə o deməkdir ki, mənim 5 gün əvvəl internetdən istifadə üçün ödədiyim 10 manat vəsait hesabımdan çıxılıb və xidmət bağlanılıb".

Şikayətçi deyib ki, bir neçə gün öncə "Azercell"in Bakıdakı ofislərindən birinə yaxınlaşaraq, internet kartının nömrəsini təqdim edib və baş verənlə bağlı narazılığını bildirib: "Şirkətdən bildirdilər ki, martın 30-dan datakartın sistemində problem yaranıb. Nəticədə hesabınıza 14 manat pul ödənməsi tələb olunur. "Nə etməliyəm?" sualıma cavabında isə dedilər ki, "Siz internetinizdən istifadə etmək üçün vəsait ödəməlisiniz. Əks halda sistemdə bu hesab çıxılana kimi gözləməlisiz. Problem həll edildikdən sonra bu məsələyə baxılacaq". Sonra mobil nömrəmi qeyd edərək, bildirdilər ki, sizinlə əlaqə saxlayacağıq".

Narazı şəxs vurğulayıb ki, "Azercell"in müştəri xidmətindən hələ də onunla əlaqə saxlayan olmayıb: "Artıq 9 gündür datakartın internetindən istifadə edə bilmirəm. Hesab edirəm ki, ödəniş edilməsinə baxmayaraq, mən və mənim kimi çoxlarının hazırda internetdən istifadə etmək hüququ pozulub. "Azercell" məsələ ilə bağlı problemi həll etmək əvəzinə, məndən təkrar ödəniş tələb edir".

Bununla bağlı əldə etdiyimiz məlumata görə, "Azercell" datakart xidmətində az gəlir götürür deyə, bu üsullardan istifadə edir və abunəçilərin narazılığından o qədər də narahat deyil: "Bu şirkət indi daha çox sim kart vasitəsi ilə internetə girişdən qazanc götürür. Datakarta ay cəmi 10 manat ödənilməsi onları, əslində qane etmir. Odur ki, bu sahəyə diqqət yetirilmir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.