Texnologiya

İnterneti kim, necə idarə etsin?

4 Aprel 2014 22:36
0 Şərh     Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ICANN (internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı - Internet Corporation for Assigned Names and Numbers) beynəlxalq korporasiyasının prezidenti Fadi Şehade ABŞ hökumətinin bir müddət əvvəl təşkilat üzərində birbaşa nəzarətdən imtina etməklə bağlı qərarını dəstəkləyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ötən ay ABŞ Prezidenti Administrasiyası internet məkanında domen və ünvanların işinə təsir etmədən ICANN üzərində birbaşa nəzarətdən imtina etmək niyyətində olduğunu bəyan edib. ICANN-ın vəzifələri sırasına internetin domen sisteminin işlək vəziyyətdə saxlanılması, özək domen və serverlərin məlumat bazasının işi daxildir. Bundan başqa, təşkilatın törəmə strukturu internetdə İP-ünvanların idarəetməsini həyata keçirir.

ABŞ 1998-ci ildən Ticarət Nazirliyi vasitəsilə ICANN-ın işinə nəzarət edib. ABŞ və təşkilat arasındakı hazırkı sazişin müddəti 2015-ci ilin sentyabrında başa çatır. Artıq indidən Ticarət Nazirliyinin nümayəndələri bildirirlər ki, ICANN üzərində nəzarət daha çox simvolik xarakter daşıyır və vaxt ötdükcə nazirlik nəzarəti dayandıracaq, - Cybersecurity.www.cybersecurity.ru yazır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.