Texnologiya

Hücumlar pula görədir

4 Aprel 2014 23:12
0 Şərh     Baxış: 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Cinayətkarlar daha tez-tez maliyyə şirkətlərinin xarici görünüşünü kopyalayan onlayn resurslar yaradırlar ki, məxfi məlumatlara çıxış əldə etsinlər və internet istifadəçilərinin hesablarından pul oğurlasınlar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Kasperski Laboratoriyasının statistikası göstərib ki, məşhur bank, ödəniş sistemlərinin və ya internet-dükanlarının adlarının, istifadəsi ilə həyata keçirilən fişinq hücumlarının payı 2013-cü ildə 31,45% təşkil edib, bu da bir il bundan öncə qeydə alınan göstəricidən 8,5% çoxdur.

Ötən il Kasperski Laboratoriyasının məhsulları 39,6 milyon insanı fişinqdən qoruyub.

Kaspersky Security Network bulud infrastrukturunun məlumatlarına əsasən, ən yüksək artım tempi bank adlarını istismar edən hücumlar üzrə da qeydə alınıb: onların payına ümumi maliyyə fişinqinin 70,6%-i düşüb. Bu arada bütün oxşar hücumların ümumi kütləsində bank brendləri üzrə hücumlar iki dəfə - 22,2% artıb.

Əldə edilmiş məlumatlara əsasən, cinayətkarlar bir çox hallarda iri şirkətlərin adlarından istifadə edirlər: fişinq hücumlarının təxminən 60%-i 25 brendin adından istifadə edib.

Ödəniş sistemləri sahəsində statistika daha birmənalıdır: hücumların 88,3%-də cinayətkarlar PayPal, American Express, Master Card və Visanın saytlarının kopyalarından istifadə ediblər.

İnternet dükanlara gəldikdə, Amazonun adı fırıldaqçılar tərəfindən daha çox istifadə ediləndir. Belə ki, araşdırılan müddət ərzində şirkətin adı onlayn-ticarətlə bağlı fişinq hücumlarının 61%-də istifadə edilib. Amazondan xeyli geridə qalan üçlüyün digər iştirakçıları Apple şəbəkə dükanları və eBay internet-auksionudur.

Maliyyə təşkilatlarının veb-resursları ilə yanaşı, cinayətkarlar sosial şəbəkələrin saytlarını da istifadə edirlər. Ötən il Facebooku və ona oxşar resursları təqlid edən saytların istifadəsi ilə edilən hücumların payı 6,8 punkt yüksələrək 35,4% təşkil edib.

Fişinq hücumlarının cinayətkarlar arasında məşhurluğu onların həyata keçirilməsinin sadəliyi və effektivliyi ilə mümkündür.

Rəsmi saytların xarici görünüşünü kopyalayan saxtakar saytları, hətta təcrübəli internet istifadəçiləri üçün seçmək asan olmur, bu da bir daha xüsusi qoruyucu məhsulların istifadəsinin vacibliyini qeyd edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.