Maraqlı

Hakerlər Wordun RTF-i "seçdilər"

4 Aprel 2014 21:14
0 Şərh     Baxış: 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Microsoft şirkəti Word istifadəçilərinə xəbərdarlıq edir. Belə ki, hakerlər RTF genişlənməli Word fayllarda tapdıqları boşluq vasitəsilə kompüterə nüfuz etməyin yolunu tapıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, istifadəçilərə kompüterini bu hücumdan qorumağın yeganə yolu Microsoft hər şeyin qaydasında olduğunu bildirmədən RTF formatlı faylları açmamağı tövsiyə edib.

Yeni hücum ən arzuolunmaz hücum növlərindən biridir. Haker istifadəçi faylı açdıqdan sonra kompüterin idarə edilməsini tam nəzarət altına alır və kompüterə qeyri-qanuni botnet yükləməklə zombiyə çevirə bilər. Nəticədə, istifadəçinin kompüterindən müxtəlif neqativ məqsədlər üçün, spam göndərmək, virus yaymaq və s. üçün istifadə edilir.

Hakerlər kompüterə nəinki istifadəçi həmin faylları açanda, hətta baxış rejimində belə müdaxilə edə bilər. Məsələn, bu tip fayllara istifadəçi elektron poçtunda nəzərdən keçirdiyi halda belə virus kompüterə yüklənə bilər. Buna görə də Microsoft bütün RTF formatlı faylları yoxlamağı məsləhət görür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.