Sağlamlıq

Qarın əridən qidalar - SİYAHI

7 Aprel 2014 16:10
24 Şərh     Baxış: 31 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ailem.az yağ yandıran qidaları təqdim edir

Amerikalı elm adamlarının apardığı araşdırmalar zamanı bəzi qidaların göbək əritməyə və qarın əzələsinə müsbət təsiri olduğu müəyyənləşib.

Milli.Az ailem.az-a istinadən yağ yandıran və maddələr mübadiləsini sürətləndirən həmin qidaları təqdim edir.

Maddələr mübadiləsini sürətləndirən qırmızı bibər, həm də damarlardakı pis yağların təmizlənməsinə kömək edir.

Sarımsaq toxluq hissini uzun müddət saxlayır.

Toxluq hissini qoruyub saxlayan yumurta maddələr mübadiləsini sürətləndirir və yağın əriməsini təmin edir.

Yaşıl çay bədəndə yağların toplanmasına əngəl olur. Lazım olduğundan çox qəbul etmədiyiniz müddətdə həzmi sürətləndirmək təsirinə malikdir. Bu çay vasitəsilə arıqlaya bilərsiniz.

Portağal, limon, qreyfurt kimi C vitaminli qidalar yağın daha sürətlə əriməsinə, orqanizmdən xaric olmasına kömək edir.

Bananın tərkibindəki potasium maddələr mübadiləsini sürətləndirir, köpün qarşısını alır.

Maddələr mübadiləsini sürətləndirib artıq çəkilərə səbəb olan yağları bədəndən atmağa kömək edən qatıq, həm də həzm sistemini asanlaşdırır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.