Yaz fəsli öz gəlişi ilə mövsümi xəstəlikləri də gətirir.
Milli.Az bildirir ki, sağlam insanlar mövsüm dəyişmələrini asan keçirsələr də, xəstə insanlarda müəyyən problemlər ortaya çıxır. Xüsusilə də soyuq qış günlərindən isti yaz günlərinə adaptasiya çətin olur.
El arasında "qanın durulması" dövrü adlanan yaz fəslində immun sistemi zəiflədiyindən insanlarda ümumi halsızlıq yaranır və infeksion xəstəliklərə qarşı müqavimət zəifləyir. Orqanizmdə maddələr mübadiləsi sürətlənir ki, bu da vitaminlərə, minerallara və zülallara ehtiyacı artırır. Yevlax Rayon Mərkəzi Xəstəxanasının həkimi Niyaz Hüseynov deyir ki, havaların isti keçməsi ilə əlaqədar olaraq, orqanizmdə qanyaradıcı orqanların da fəaliyyəti artır. Nəticədə insanlarda sinir sisteminin aktivləşməsi, arterial təzyiqin oynaması, daha çox qalxıb-düşməsi ilə müşaiyət olunan reaksiyalar sürətlənir. Həkimin sözlərinə görə, bu mövsümdə ağciyər, mədə-bağırsaq, revmatik xəstəliklər, allergiyalar daha da kəskinləşir. Həmçinin allergiyaların artması hesabına bronxial-astma xəstələrində tutmaların sayı artır.
Revmatik, oynaq, xroniki xəstəlikləri olan insanlarda proses daha da kəskinləşir. Kəskinləşmənin qarşısını almaq üçün ilk növbədə profilaktik olaraq müalicələr tətbiq olunmalıdır. Məsələn, əgər kimsə revmatik xəstədirsə, bitzin müalicəsi qəbul etməlidir ki, zədələnmiş orqanlar kəskinləşmə fazasına daxil olmasın. Həkim onu da bildirir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar bu mövsümü daha pis keçirirlər. Çünki, maddələr mübadiləsinin sürətlənməsi səbəbindən qanda şəkərin miqdarı qalxmağa meylli olur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar
- Obrazları özlərindən daha çox məşhurlaşan ulduzlar - FOTOlar
- "Nissan"ın yenilənmiş avtomobili təqdim edildi - FOTOlar