İqtisadiyyat

"Bank of Baku" və Bakcell-dən yenilik: "Bank of Baku"dan növbəsiz kredit, Bakcell-dən pulsuz dəqiqələr!

25 İyul 2014 12:18
Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bank of Baku" və "Bakcell" yeni, müştərək layihəyə start verirlər. "Ulduzum" layihəsi çərçivəsində Bakcell-in Cin abunəçiləri sərfəli şərtlərlə "Bank of Baku"nun məhsul və xidmətlərindən faydalana bilərlər.
 

Bu layihəyə qoşulmaq üçün sadəcə "bank" yazıb SMS ilə 5555 nömrəsinə göndərmək kifayətdir. "Bank of Baku"nun nümayəndələri müştəri ilə qısa zamanda əlaqə saxlayacaq və Banka dəvət edəcəklər. "Ulduzum" proqramının üzvü olan Bakcell abunəçiləri "Bank of Baku"da krediti NÖVBƏSİZ əldə edə biləcəklər. Üstəlik, kredit və ya Bolkart rəsmiləşdirən müştəriyə 60 dəqiqəlik mobil danışıq hədiyyə olunacaq.
 

Beləliklə, layihə çərçivəsində mobil operator abunəçiləri sərfəli kredit rəsmiləşdirə, kredit kartlar əldə edə və digər kredit məhsullarından bəhrələnə bilərlər.
 

Daha ətraflı məlumat:
 

"Bank of Baku"nun 145 Məlumat Mərkəzi
 

Bakcell-in 555 Məlumat Mərkəzi
 

Bank of Baku

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.