Şəmkirdə oğurluq hadisəsinin üstü açılıb. İşləmək məqsədi ilə Gəncədən Şəmkirə gedən 23 yaşlı gənc oğurluğun ən yaxşı gəlir sahəsi olduğunu düşünüb. Ancaq o, elə ilk cəhddəcə polis tərəfindən saxlanılıb.
Milli.Az Kəpzə TV-yə istinadən xəbər verir ki, aprelin 3-ü gecə saatlarında Şəmkir rayonunun Dəllər qəsəbəsində Mustafa Sadıqova məxsus mağazada oğurluq hadisəsi baş verib. Mağazadan xeyli miqdarda satış məmulatları və pul oğurlanıb. Hadisədən səhər saatlarında xəbər tutan obyekt sahibi dərhal Şəmkir rayon Polis Şöbəsinə məlumat verib.
Mustafa Sadıqov, zərərçəkmiş şəxs: "Səhər biz bilmirdik. Çörək paylayanımız var, İdris adında. O zəng etdi ki, mağazanın qapısını qırıblar. Biz də gəldik ki, həqiqətən, qapını qırıb, içərini dağıdıblar. Dərhal polis çağırdıq".
Zərərçəkmişin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan Şəmkir polisi qısa zamanda oğurluğun kim tərəfindən törədildiyini müəyyən edib. Məlum olub ki, bu, Gəncə sakini 23 yaşlı Mahir Əsgərovdur. Onun yaşadığı ünvana baxış zamanı oğurladığı əşyaların bir qismi maddi sübut kimi götürülüb.
Nemət Cəfərov, müstəntiq: "Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, həmin cinayət əməlini əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini Əsgərov Mahir Bəhlul oğlu törədib. Mahir Əsgərov saxlanaraq istintaq bölməsinə təhvil verilib. Onun digər cinayətlərdə əlinin olub-olmaması araşdırılır".
Qeyd edək ki, Mahir Əsgərov Gəncə sakini olasa da, işləmək məqsədi ilə bir müddətdir Şəmkir rayonunda kirayənişin yaşayır. Mütəmadi olaraq spirtli içki qəbul edən 23 yaşlı gənc elə hadisəni də sərxoş halda törətdiyini deyir.
Mahir Əsgərov, saxlanılan şəxs: "Kirayə qaldığım yerdə spirtli içki qəbul etdim. İçkili vəziyyətdə yolla gedəndə gördüm mağazanın işıqları keçib, heç kim yoxdur. Beləcə dəmir parçası ilə qapını qıraraq içəri daxil oldum. Sonra satış məmulatlarını götürərək evə apardım".
Şəmkir polisi Mahir Əsgərovun əməlini Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə qiymətləndirərək cinayət işi başlayıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
XƏBƏR LENTİ
- Cemal Hünal rəsmən boşandı
- Ölkəmizdə Çin avtomobillərinə maraq necədir?
- Natiq Fərzəliyev baba olub
- Rusiya Odessada mülki gəmini vurdu: ölü və yaralılar var
- Qadın ərinin doğum günündə ona ikinci arvad hədiyyə etdi - ŞOK VİDEO
- Limon duzundan istifadə etməyin 3 YOLU
- Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOlar
- Türkiyədə beş min illik sirli qəbir tapıldı - FOTOlar
- Ancelina Coli nadir klassik avtomobilini hərraca çıxaracaq
- Dünyada ən zəngin qadın musiqiçi oldu
- Dırnaqda ağ nöqtələrin və zolaqların yaranmasının SƏBƏBİ
- Azərbaycan 2250 universitet arasında yer ala bilmədi, səbəb...
- İrəvan sakinləri İranla sərhəddən 14 kq narkotik vasitə keçirməyə cəhd göstərərkən saxlanılıb
- Karateçilərimiz Venetsiyada
- Kays Səid rekord səs faizi ilə seçkilərdə qalib gəldi
- Bakıda kişi arvadının evli rəfiqəsinə mesaj göndərdi - DƏHŞƏT YAŞADI
- Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə müvəqqəti olaraq qaz olmayacaq
- 44 günlük Vətən müharibəsinin xronikası: 8 oktyabr
- Dünyada qadağan olunan yağ Bakıda satılır - FOTO
- Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
- Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından dörd il ötür
- Aleksandru Giboy üçüncü müddətə EANA-nın baş katibi vəzifəsinə seçilib
- Günün qoroskopu: Gizli məlumatlar ortaya çıxa bilər, diqqətli olun
- Ümid edirik ki, bu tarixə kimi Bakı ilə sülh olacaq - Xaçatryan