Hadisə, Kriminal

Qonşu qadını soyub dükandakı borcunu verdi - FOTO

9 Aprel 2014 14:03
0 Şərh     Baxış: 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kürdəmir rayonunda oğurluq hadisəsi baş verib. Mənzildən pul və qızıl zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Milli.Az CTV-yə istinadən bildirir ki, oğurluq hadisəsi rayonun Topalhəsənli kəndində qeydə alınıb. Həmin kənd sakini İradə Məmmədova polisə müraciət edərək evindən 300 manat pul və ona məxsus qızıl zinət əşyalarının oğurlandığnı bildirib. Dərhal əməliyyat-axtarış işlərinə başlanılıb. Keçirilən tədbirlər zamanı elə həmin kənd sakini, 24 yaşlı Famil Cəfərov polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, qonşusunun evdə olmadığını fürsət bilən Famil Cəfərov mənzilə daxil olub. Famil oğurladığı qızıllardan 2 ədəd üzüyü satıb, götürdüyü puldan da 70 manatı ərzaq mağazasına olan boclarını verib, 30 manatını isə öz vərdişləri üçün xərcləyib.

Qeyd edək ki, Famil Cəfərov əvvəllər də Azərbaycan Respublikası Cinayət  Məcəlləsinin 153-cü maddəsi ilə məhkumluq həyatı yaşayıb. Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
 
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.