Hadisə, Kriminal

Qanunsuz loto-qumarxana təşkil edən şəxslər qandallandılar - FOTO

9 Aprel 2014 13:02
5 Şərh     Baxış: 2 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmazda qanunsuz loto-qumarxana təşkil edən şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Xaçmaz rayonunda onlayn loto-qumar oyunları təşkil edən şəxsləri yaxalayaraq istintaqa təhvil verib.

Araşdırmalarla müəyyən olunub ki, Xaçmaz rayon sakini, əvvəllər də odlu silahla qətl törədərək uzun illər həbsdə yatan, 45 yaşlı Aydın Allahverdiyev bir qrup şəxslə əlbir olaraq Xaçmaz rayonu Nəriman Nərimanov küçəsi 76 ünvanda qanunsuz onlayn loto-qumarxana təşkil edib. Xaçmaz rayon sakinləri, 31 yaşlı Məmmədtağı Məmmədov, 24 yaşlı Telman Əkbərov, 31 yaşlı Elnur Kazımov, 38 yaşlı Ceyhun Bədəlov da saxlanılaraq məsuliyyətə cəlb olunublar.

Faktla bağlı BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.