Hadisə, Kriminal

Xaçmazda iki "Jiquli" toqquşdu: yaralılar var - FOTO

9 Aprel 2014 12:19
0 Şərh     Baxış: 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xaçmazda iki "VAZ 21 06" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Milli.Az Regional TV-yə istinadən bildirir ki, hadisə aprelin 9-u, səhər saatlarında Xaçmaz-Niyazabad yolunun Xaçmaz rayonunun Niyazabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Ağçay kənd yolundan əsas yola dönən "VAZ 2106" markalı avtomobil qarşıdan gələn eyni markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Yaralanan şəxslər 38 yaşlı, Xaçmaz rayonunun Qaraqurdlu kənd sakini Gülşən Cəbrayılova və 29 yaşlı, Xaçmaz rayonunun Ağçay kənd sakini Mahir Bayramovdur. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzanın dəqiq baş vermə səbəbləri hələlik məlum deyil. Aparılan araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.