Hadisə, Kriminal

Azərbaycanda qayınata kürəkəninin boğazını üzdü - YENİLƏNİB

9 Aprel 2014 20:40
5 Şərh     Baxış: 6 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə qaynata kürəkənini qətlə yetirib


20:40


Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhərin Dədə Qorqud küçəsində baş verib. Belə ki, Gəncə şəhər sakini 44 yaşlı Ceyhun Kərimov öz kürəkəni 24 yaşlı Ağdaş rayon sakini Araz Ağayevi bıçaqlayaraq qətlə yetirib. Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, qətl ailə münaqişəsi zəminində baş verib və mərhum qayınatası tərəfindən boğaz nahiyəsindən bıçaqla xəsarət alıb.

Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Ceyhun Kərimov saxlanılıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

---------
10:54


Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, 24 yaşlı Ağdaş rayon sakini Araz Ağayevin meyiti Gəncə şəhər TTYX-yə gətirilib. Onun artıq keçindiyini görən həkimlər meyiti morqa təhvil veriblər.

Mərhumun cəsədi Gəncənin 2 saylı Şəhər Xəstəxanası yaxınlığında aşkarlanıb.

Gəncə şəhər BPİ-nin apardığı əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, Araz Ağayev qaynatası, 44 yaşlı şəhər sakini Ceyhun Kərimov tərəfindən öldürülüb. O, polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

---------
10:22

Gəncə şəhərində gənc oğlan öldürülüb. Gəncə Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, gecə saatlarında 24 yaşlı Ağdaş rayon sakini Araz Ağayev naməlum şəxs tərəfindən öldürülüb. Onun kim tərəfindən bıçaqlanması məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.