09:35
Bakı bulvarında "sevgi oyunu"nun təfərrüatları məlum olub. Səbail Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, dünən 19 yaşlı Qusar sakini Rəqsanə Yəhyayeva və onun sevgilisi Xalid Aslanov dənizdən çıxarıldıqdan sonra ifadələri alınıb. R.Yəhyayeva bildirib ki, xeyli sayda baş ağrılarını kəsən həblər qəbul edib və ayağı sürüşərək dənizə yıxılıb. Onu xilas etmək üçün Xalid də özünü dənizə atıb. Hər ikisi boğulmaq təhlükəsi ilə üzləşib.
--------
09:11
Bakının Səbail rayonunda Dənizkənarı Milli Parkda intihara cəhd olub.
APA-nın xəbərinə görə, təxminən 20 yaşları olan oğlan və qız özlərini dənizə atıblar. Hadisə şahidləri dərhal Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng vuraraq kömək istəyiblər. Olay yerinə gələn nazirliyin Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları kater vasitəsi ilə batan gənclərin axtarışına çıxıblar.
Xilasedicilər Saat qülləsi yaxınlığında dənizdə boğulmaq təhlükəsi ilə üzləşən 1993-cü il təvəllüdlü Niftəliyeva Nilufər Natiq qızı və Aslanov Xalid Faiq oğlunu xilas edərək dənizdən çıxarmağa müvəffəq olublar.
Hadisə yerinə təcili yardım çağırılıb. Vəziyyətləri ağır olan gənclərə ilkin tibbi yardım göstərilib. Daha sonra onlar 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Hadisə, Kriminal
Bakı bulvarında olay: sevgilisini ölümün əlindən aldı - YENİLƏNİB - FOTO
9 Aprel 2014 09:35
37 Şərh
Baxış: 13 216
XƏBƏR LENTİ
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar
- Obrazları özlərindən daha çox məşhurlaşan ulduzlar - FOTOlar
- "Nissan"ın yenilənmiş avtomobili təqdim edildi - FOTOlar
- "Şadam ki, qardaşım artıq əziyyət çəkmir" - Madonna
- Cemal Hünal rəsmən boşandı
- Ölkəmizdə Çin avtomobillərinə maraq necədir?
- Natiq Fərzəliyev baba olub
- Rusiya Odessada mülki gəmini vurdu: ölü və yaralılar var
- Qadın ərinin doğum günündə ona ikinci arvad hədiyyə etdi - ŞOK VİDEO
- Limon duzundan istifadə etməyin 3 YOLU
- Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOlar
- Türkiyədə beş min illik sirli qəbir tapıldı - FOTOlar
- Ancelina Coli nadir klassik avtomobilini hərraca çıxaracaq
- Dünyada ən zəngin qadın musiqiçi oldu
- Dırnaqda ağ nöqtələrin və zolaqların yaranmasının SƏBƏBİ