Hadisə, Kriminal

Azərbaycanda kişi amansızlığı: arvadını öldürdü, özü isə... - YENİLƏNİB

8 Aprel 2014 14:00
14 Şərh     Baxış: 3 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
14:00

Ötən gün Daşkəsəndə qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirən şəxsin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu olduğu məlum olub.
 
Bu barədə APA-ya Gəncə Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
 
Polisdən hərbi qulluqçu Rəşad Məmmədovun 25 yaşı olduğu da bildirilib.

---------
13:06

Azərbaycanda daha bir qadın kişi amansızlığının qurbanı olub. Milli.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 7-də Daşkəsən rayonunun Bayan qəsəbəsi ərazisində yerləşən "Bahar" yeməkxanasında rayon sakini Rəşad Məmmədov qeyri-rəsmi yaşadığı Füzuli rayon sakini Tünzalə Babayevanı boğub, sonra isə bıçaqla zərbələr vurub.

T.Babayeva hadisə yerində ölüb. R.Məmmədov könüllü olaraq Nizami (Gəncə) Rayon Polis İdarəsinə gələrək təslim olub. Hadisəni törətdikdən sonra zəhərləyici maddə qəbul etmiş R.Məmmədovun səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib.

Qətlə qısqanclığın səbəb olduğu bildirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.