Hadisə, Kriminal

Gəncədə avtobuslar toqquşdu, yaralı var

8 Aprel 2014 09:26
0 Şərh     Baxış: 1 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gəncədə iki avtobus toqquşub.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, hadisə şəhərin Poçt qəsəbəsində baş verib.  6 saylı marşrut xətti ilə işləyən iki avtobusun toqquşması nəticəsində sərnişin,  25 yaşlı şəhər sakini Firuzə Bayramova yaralanıb. O, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Yaralıya ilkin tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini kafi qiymətləndirirlər.

Hadisənin hansı səbəblərdən baş verdiyi araşdırmalardan sonra bəlli olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.