Hadisə, Kriminal

Zaqatalada narkotik alverçisi tutuldu

7 Aprel 2014 11:10
0 Şərh     Baxış: 1 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Kanal S-ə istinadən bildirir ki, Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Zaqatala Rayon Polis Şöbəsindən  verilən məlumata görə, Zaqatala RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbirini həyata keçirib. Keçirilmiş tədbir nəticəsində Zaqatala şəhəri Fikrət Əmirov küçəsi, ev 1, mənzil 42-də yaşayan, 1988-ci il təvəllüdlü Sabir Bəhram oğlu Şirinov Zaqatala  şəhəri ərazisində şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə Sabir Şirinovun üzərinə baxış zamanı 15,4 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Fakla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.