Hadisə, Kriminal

Bakıda qanunsuz mərcxanalar aşkarlandı

5 Aprel 2014 15:03
0 Şərh     Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının bir neçə rayonunda qanunsuz mərcxana aşkarlanıb

Milli.Az anspress-ə istinadən xəbər verir ki, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Emin Əliyev, Tapdıq Fərəcov, Elşad Seyidov, Ağacan Nərimanov, Əfqan Xəlilov Fərdi Mehdiyev paytaxtın bir çox yerində qanunsuz obyekt saxlayırlarmış. Onların Nəsimi, Səbail, Yasamal və Xətai rayonlarının ərazisində yerləşən obyektlərdə qanunsuz idman mərc oyunları təşkil etməsi müəyyən edilib.

Obyektlərə baxış zamanı müştərilər tərəfindən alınmış 229 ədəd qəbz kötüyü, onların qeydiyyatının aparılması üçün 5 kompüter dəsti, 10 ədəd televizor, 5 ədəd printer, 1 ədəd modem və 2630 manat pul aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.