Hadisə, Kriminal

Azərbaycandakı dəhşətli qəza ilə bağlı rəsmi açıqlama

5 Aprel 2014 12:54
0 Şərh     Baxış: 1 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ağdaşda baş vermiş zəncirvari qəza zamanı 3 nəfər ölüb. Onlardan biri azyaşlıdır.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, aprelin 4-də saat 16 radələrində Ağdaş rayonu Əmrahlı kəndinin ərazisində Qazax rayon sakini Elvin Lalayevin idarə etdiyi "VAZ-21074", Hacıqabul rayon sakini Mehdi Əliyevin idarə etdiyi "KamAZ" və Tovuz rayon sakini Bəhram Əhmədovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub.

Nəticədə E.Lalayev və sərnişinləri - azyaşlı qızı Raya, Qazax rayon sakini Akifə Qaraxanova hadisə yerində ölüb, B.Əhmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.