Hadisə, Kriminal

Azərbaycanda avtomobil körpüdən aşdı, 3 nəfər xəsarət aldı

5 Aprel 2014 11:43
0 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir

Ötən gecə Masallı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Milli.Azın APA-ya istinadən məlumatına görə, hadisə Masallı-Yardımlı şosse yolunun rayonun Şıxlar kəndindən keçən hissəsində qeydə alınıb.

Masallının Əzizabad kənd sakini, 1990-cı il təvəllüdlü Aşurəli Mirməmməd oğlu Cahangirovun idarə etdiyi "Volkswagen Passat" markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən 25 metrlik dərəyə aşıb.

Nəticədə sürücü və avtomobildəki sərnişinlər, onun qohumları - 1990-cı il təvəllüdlü Ceyhun Asif oğlu Cahangirov və 1988-ci il təvəllüdlü Valid Elşən oğlu Cahangirov müxtəlif dərəcəli bədən xəsarətlər alıblar.

Onlar hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə Masallı Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Hər üç şəxsə müvafiq tibbi yardım göstərilib, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Qəzanın dəqiq təfərrüatları həyata keçirilən avtoekspertizanın rəyindən sonra bəlli olacaq.

Faktla bağlı Masallı rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.