Hadisə, Kriminal

Azərbaycandan Rusiyaya gedən avtobusdandan narkotik tapıldı

5 Aprel 2014 11:59
0 Şərh     Baxış: 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycandan Rusiyaya gedən avtobusda narkotik vasitə aşkar edilib

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postundan keçməklə Rusiya Federasiyası istiqamətinə - "Qazax-Moskva" reysi ilə hərəkət edən Azərbaycan vətəndaşı Rüstəm Məhərrəmovun idarə etdiyi "VANHOOL" markalı sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib.

Bu zaman xidməti itin reaksiyasına əsasən, avtobus salonundakı oturacağın arxa hissəsindəki çexolun altında qalan külqabıdan 1 ədəd bağlamada xalis çəkisi 49,805 qram olan və kustar üsulla hazırlanan narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.