Hadisə, Kriminal

"Lotu Quli"yə telefon çatmadı - FOTO

4 Aprel 2014 18:03
5 Şərh     Baxış: 2 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda cəzaçəkmə müəssisəsinə məhkumla görüşə gəlmiş vəkilin mobil telefonu götürülüb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nadir Nəriman oğlu Səlifovla görüşə gəlmiş vəkili Kamandar Rəfi oğlu Nəsibovun üzərinə baxış keçirilib. Baxış zamanı onun əynindəki şalvarının içəri hissəsində gizlədilmiş, daxilində "Azercell" danışıq kartı olan bir ədəd "Huawei" markalı modem aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, N.Səlifov Cinayət Məcəlləsinin 182.3.1; 182.3.2; 29.149.2.1; 29.149.2.4; 29.149.2.5; 317-2.1 və 67-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.