Hadisə, Kriminal

Bakıda naməlum avtomobil qadını vuraraq öldürüb

4 Aprel 2014 14:31
0 Şərh     Baxış: 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sabunçu rayonunda naməlum avtomobil piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 3-də saat 23 radələrində Sabunçu rayonu Şəhər şosesində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Səadət Məhsimova vurulub.

Piyada xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər və S.Məhsimova orada ölüb.

Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.