Hadisə, Kriminal

ABU-nun saxta diplomunu satan şəxs tutuldu

4 Aprel 2014 13:35
1 Şərh     Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı şəhər sakini Azərbaycan Beynəlxalq Universitetinə məxsus saxta diplomu satarkən saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Həsən Xəlilov Azərbaycan Beynəlxalq Universitetinə (ABU) məxsus saxta diplomu satarkən saxlanılıb.

O, saxta diplomu 10.000 ABŞ dollarına satmaq istəyirmiş.

Hazırda faktla bağlı cinayət işi açılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.