Kriminal

Bakıda dəhşətli ölüm - YENİLƏNİB - FOTO

26 May 2015 10:59
Baxış: 13 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

26.05.2015

10:59

Azərbaycan paytaxtında intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə dünən axşam saatlarında Nəsimi rayonu, Xətai prospekti ev 38, mənzil 316 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1980-cı il təvəllüdlü Qurban Hacırəsul oğlu Yəhyayev yaşadığı evin 15-ci mərtəbəsindən özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində ölüb.

Məlumata görə, Q. Yəhyayev əsəb xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.

------------------

25.05.2015

21:39

Bakıda ölüm hadisəsi qeydə alınıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, gənc oğlan Təhsil Nazirliyinin yaxınlığında yerləşən yaşayış binasının 15-ci mərtəbəsindən özünü atıb.

Nəsimi Rayon Prokurorluğundan bildirilib ki, hazırda prokurorluğun əməkdaşları hadisə yerindədirlər.

Həmin oğlanın şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.