Ölkə

Bakıda avtobusların ayrıca yolu olacaq - VİDEO

17 Yanvar 2017 15:39
1 Şərh     Baxış: 2 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtobusların hərəkəti üçün xüsusi zolaqların salınması nəzərdə tutulur.

Milli.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtın 9 küçə və prospektinin layihələndirilməsi həyata keçirilib. Yeni layihəyə əsasən, bu küçələrdə xüsusi avtobus zolaqları salınacaq. İctimai nəqliyyatın təhlükəsizliyi və sərnişinlərin rahatlığına xidmət edəcək bu yeniliyin yaxın aylarda icrasına başlanılacaq.

"Avto Radio"nun bu yeniliklə bağlı hazırladığı videosüjetdə isə avtobus xəttlərinin salınması və onun mahiyyəti izah olunur.

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda avtobuslar üçün xüsusi zolaqlar salınır

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək. Məqsəd Bakı şəhərində müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin və rahatlığın təmin edilməsi, o cümlədən əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılmasıdır. BNA-ın bu təklifi artıq hökumət tərəfindən müsbət qəbul edilib və bunun üçün konkret yollar da müəyyən edilib.

##504849 ##

BNA-nın ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi barədə təklifi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən məqbul hesab edilib. İlkin olaraq, Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə razılıq verilib.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.