Ölkə

Ali məktəblərə keçid balı AÇIQLANDI

17 May 2016 16:02
1 Şərh     Baxış: 3 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il ali məktəblərə qəbul müsabiqəsində iştirak etmək üçün minimal bal həddi ötən il olduğu kimi, yenə də 200 olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu bal həddi ümumi qrup üzrə müsabiqədə iştirak etmək üçündür: "Ancaq ötən il olduğu kimi, bu il də bəzi ixtisaslar üzrə qəbul üçün bal həddi daha yüksək olacaq. Bununla əlaqədar Təhsil Nazirliyindən hələlik heç bir təklif almamışıq. Amma biz hər il müsabiqə şərtlərini elan edəndə dövlət sifarişli yerlər və ödənişli yerlərdə mütləq fərq qoyuruq. Müsabiqədə iştirak etmək üçün minimal bal həddi 200-dürsə, dövlət sifarişli yerlərdə bu bal 300-350-dən yüksək olur".

Şura sədri əlavə edib ki, müsabiqə şərtlərinin yaxın iki həftə ərzində elan edilməsi nəzərdə tutulur.

M.Abbaszadə bildirib ki, ali məktəblərə qəbul planı ötən illə müqayisədə 7 faiz artıb. Bu artım qruplar üzrə müxtəlifdir. I qrup üzrə qəbul planı 12 faiz, II qrup üzrə 7 faiz, III qrupda təxminən 2 faiz, IV qrupda isə təxminən 6 faiz artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.