Ölkə

Bakıda reyddə saxlanılan qadın sürücülər - FOTO

27 İyul 2015 11:36
183 Şərh     Baxış: 15 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları paytaxtda kütləvi reydlərə başlayıb.

"Report" xəbər verir ki, reydlər sərxoş sürücüləri müəyyən etməyə və kobud qayda pozuntularına yol verən sürücülərə qarşı yönəlib.

Bir gecə ərzində Bakıda sərxoş vəziyyətdə avtomobil idarə edən 30-dan artıq sürücü saxlanılıb. Digər 2 sürücünün isə avtoxuliqanlıq hərəkətlərinə görə saxlanıldığı bildirilir. Onların hər biri barəsində qanuni tədbirlər görülüb.

Bir gecə ərzində keçirilən reydlər zamanı ümumilikdə kobud qayda pozuntularına yol verən 50-yə yaxın sürücü cərimələnib. Onların arasında qadın sürücülərə də rast gəlinib.

Reydlərin əsas məqsədi yol hərəkəti qaydalarının cəmiyyət arasında təbliğini yüksəltmək və kobud qayda pozuntularına yol verən sürücülərə qarşı mübarizə aparmaqdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.