Dünya

İtaliyada G20 sammiti ərəfəsində etiraz aksiyası keçirilib

30 Oktyabr 2021 17:30
0 Şərh     Baxış: 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın paytaxtı Romada G20 sammiti başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sammit ərəfəsində iqlim fəallarının etiraz aksiyası keçirilib.

Səhər saatlarında 50-yə yaxın etirazçı sammitin keçiriləcəyi əraziyə gedən yolları bağlamağa çalışıb.

Gün ərzində paytaxt yürüşün keçiriləcəyi elan olunub.

Qeyd edək ki, G20 sammiti Romada oktyabrın 30-31-də keçiriləcək.

Sammitlə əlaqədar paytaxt ərazisində hava məklanı bağlanıb. Təhlükəsizliyin təmin olunması üçün 10 mindən çox polis əməkdaşı səfərbər edilib.

Eyni zamanda görüşün keçiriləcəyi ərazinin 10 kvadrat kilometr ətrafında "təhlükəsizlik zonası" elan edilib və nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.