Dünya

Çin Talibandan xahiş etdi: Onları dayandır!

27 Oktyabr 2021 10:00
0 Şərh     Baxış: 1 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Talibanın qurduğu müvəqqəti hökumətin Əfqanıstanı yenidən inşa etmək səylərinə dəstək verəcəyik.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Çin xarici işlər naziri Vanq Yi deyib.

O bildirib ki, rəsmi Pekin Əfqanıstanda sabitliyin bərpa olunmasına töhfə verməyə hazırdır:

"Beynəlxalq ictimaiyyət Talibanla rasional və praqmatik tərzdə əlaqə qurmalıdır. ABŞ da həmçinin sanksiyaları ləğv etməlidir".

Çinli nazir eyni zamanda Talibandan Şərqi Türküstan İslami Hərəkat və digər radikal qruplaşmaların Çinin təhlükəsizliyinə təhdid yaratmasının qarşısını almasını xahiş edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.