Dünya

Blue Origin kosmosda “biznes-park” açmaq barədə düşünür

27 Oktyabr 2021 21:25
0 Şərh     Baxış: 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amozonun qurucusu Cef Bezosa məxsus Blue Origin aerokosmik kompaniyası cari onilliyin ikinci yarısında aşağı yerətrafı orbitdə kommersiya kosmik stansiyası açmağı planlaşdırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Blue Origin və onun layihə üzrə əsas tərəfdaşı Sierra Space stansiyanın kosmosda çoxfunksiyalı "biznes-park" olacağını hesab edir. Stansiyanın tutumunun on nəfərədək olacağı nəzərdə tutulur.

Layihənin saytında deyilir ki, "Orbital rif" (Orbital Reef) adlandırılacaq stansiya "kosmik otel", mikroqravitasiya şəraitində filmlər çəkilişi, yaxud ən müasir tədqiqatlar üçün ideal yer olacaq.

Qəzetin yazdığına görə, layihəyə investisiyanın həcmi məlum deyil. Ona cəlb olunan digər kompaniyalar arasında Boeing Co., Redwire Space və Genesis Engineering Solutions də var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.