Dünya

Ərdoğan ABŞ və bir sıra ölkələrin Türkiyədəki səfirliklərinin açıqlamalarını alqışlayıb

26 Oktyabr 2021 07:45
0 Şərh     Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfirliyinin və bir sıra digər ölkələrin Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının ölkənin daxili işlərinə qarışmamağı nəzərdə tutan 41-ci maddəsinə əməl etməklə bağlı bəyanatlarına müsbət reaksiya verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ankaradakı 10 xarici diplomatik missiyanın Türkiyədəki məhkəmə prosesinə müdaxilə cəhdi ilə bağlı qalmaqal fonunda ABŞ və bir sıra digər ölkələrin səfirliyi Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41-ci maddəsinin şərtlərinə hörmət ifadə edərək geri addım atıb.

ABŞ səfirliyinin "Twitter" səhifəsində yerləşdirilmiş açıqlamada bildirilir ki, oktyabrın 18-i verilən bəyanat ilə bağlı bir sıra problemləri həll etmək üçün diplomatik nümayəndəlik Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə sadiqliyini vurğulayır.

Osman Kavala məsələsi ilə bağlı qalmaqallı bəyanatı dəstəkləyən Kanada, Finlandiya, Danimarka, Hollandiya, İsveç, Norveç və Yeni Zelandiya səfirlikləri ABŞ diplomatik missiyasının bu açıqlamasını öz səhifələrində paylaşıblar.

Daha sonra adıçəkilən ölkələrə Almaniya və Fransa səfirlikləri də qoşulub.

Xatırladaq ki, oktyabrın 18-də 10 ölkənin - ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Ankaradakı səfirləri 2016-cı ilin iyulunda FETÖ terror təşkilatı tərəfindən Türkiyədə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan Osman Kavalanın məhkəməsi haqqında sosial şəbəkələrdə səsləndirdikləri ifadələrlə əlaqədar olaraq Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmışdılar.

Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyindən sözügedən 10 ölkənin Anakaradakı səfirini "persona non-qrata" elan etməyi tələb etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.