Dünya

Patriarx Varfolomey xəstəxanaya yerləşdirilib

24 Oktyabr 2021 22:00
0 Şərh     Baxış: 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da səfərdə olan Konstantinopol Patriarxı Varfolomey həkimin məsləhəti ilə halsızlıq səbəbindən Corc Vaşinqton Universitetinin xəstəxanasına yerləşdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-dakı Yunan Pravoslav Arxyepiskopluğu məlumat yayıb.

"Patriarx gəldiyi zaman uzun yol və fəaliyyət proqramı səbəbindən özünü pis hiss edib. Həkimi ona istirahət etməyi tövsiyə edib və ehtiyat tədbiri olaraq, müayinə üçün Corc Vaşinqton Universitetinin xəstəxanasına aparılıb", məlumatda deyilir.

Qeyd edək ki, Varfolomey şənbə günü ABŞ-a son 12 ildə ilk dəfə 12 günlük səfərə gəlib.

Səfərin ilk günü Yunanıstanın ABŞ-dakı səfiri ilə şam yeməyinə qatılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.