Dünya

Rusiyada təyyarə qəzası: 2 nəfər həlak olub

24 Oktyabr 2021 20:12
0 Şərh     Baxış: 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada yüngül mühərrikli təyyarə Moskva vilayətinin Ruza yaxınlığındakı bir kənddə qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəzaya uğrayan hava gəmisinin göyərtəsində pilot Yuri Samoxvalov və bir sərnişin olub.

Təyyarə yerə çırpılıb, nəticədə təyyarədəki hər iki şəxs ölüb.

Təyyarənin aerodromdan havaya qalxdığı və demək olar ki, dərhal yerə düşdüyü qeyd olunur.

Fövqəladə Hallar Nazirliyi təyyarənin "Aeroklassika" klubunun ərazisində qəzaya uğradığını bildirib. Bundan sonra beş kvadratmetr sahədə yanğın baş verib.

Hazırda hadisə yerində əməliyyatçılar işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.