Dünya

Taliban İranda Əfqanıstanla bağlı nazirlərin toplantısına qatılmayacaq

24 Oktyabr 2021 16:20
0 Şərh     Baxış: 1 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanda hakimiyyətə gələn radikal Taliban hərəkatının nümayəndələri Əfqanıstanın qonşu ölkələrinin xarici işlər nazirlərinin qarşıdakı görüşündə iştirak etməyəcəklər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Əfqanıstanın Ariana News telekanalı məlumat yayıb.

Məlumatına görə, bununla bağlı açıqlamanı ölkənin müvəqqəti kabinetində Taliban tərəfindən təyin olunan informasiya və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid verib:

"Əfqanıstan İslam Əmirliyi" (Taliban tərəfindən istifadə edilən dövlətin adı - red.) hökumətinin heç bir nümayəndəsi Əfqanıstanın qonşu ölkələrinin xarici işlər nazirlərinin görüşünə qatılmayacaq ".

Eyni zamanda o, nazirlərin Tehranda planlaşdırılan görüşünü "yaxşı" kimi qiymətləndirib.

Oktyabrın 18-də İran Xarici İşlər Nazirliyi Tehranda keçiriləcək xarici işlər nazirlərinin təkbətək görüşündə altı ölkənin - İran, Çin, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın iştirak edəcəyini açıqlayıb.

Tərəflər öz səylərini Əfqanıstanda bütün etnik qrupların iştirakı ilə inklüziv hökumətin formalaşmasına kömək etmək üzərində cəmləməyi planlaşdırır. Bu formatda ilk görüş sentyabrın 8-də onlayn keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.