Dünya

ABŞ Dövlət Departamenti rusları "evsiz millət" adlandırdı

24 Oktyabr 2021 10:24
0 Şərh     Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dövlət Departamenti Amerika vizası almaq istəyən rusları "evsiz vətəndaş" kimi təsnif edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumat Departamentin saytında dərc olunub.

Məlumatla bağlı aydınlıq gətirilir ki, o ölkələrin vətəndaşlarını bu kateqoriyaya aid edirlər ki, onların ABŞ-da konsulluq missiyası yoxdur və ya siyasi vəziyyəti qeyri-sabit hesab edilir. Bu isə diplomatik missiya işçilərin vətəndaşlarının viza üçün müraciətlərinə baxmasına imkan vermir. Bu halda, ərizəçilər bir və ya bir neçə qonşu ölkənin konsulluğuna müraciət edir.

Qeyd olunur ki, hazırda ruslar Amerika vizası üçün Polşanın paytaxtı Varşavada müraciət edə bilərlər.

Ümumilikdə on ölkənin vətəndaşları "evsiz millətlər" siyahısına daxil edilib. Bunların arasında Venesuela, Yəmən, İran, Kuba, Liviya, Suriya, Somali, Cənubi Sudan və Eritreya var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.