Dünya

“AY.4.2” virusu əvvəlki variantlardan nə ilə fərqlənir?

22 Oktyabr 2021 09:12
0 Şərh     Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusun "Delta" ştammının alt növü olan "AY.4.2" virusu daha yüksək yoluxma qabiliyyəti ilə xarakterizə olunur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, bir daşıyıcı eyni anda doqquz insanı yoluxdura bilər. Mütəxəssislər deyirlər ki, yeni alt növlər simptomları daha sürətli göstərir.

Rusiya Səhiyyə Nazirliyinin Mərkəzi Federal Dairə üzrə baş sərbəst pulmonoloqu, professor, tibb elmləri doktoru Andrey Malyavin yeni mutasiyanın daha yoluxucu olduğunu və simptomların sürətli inkişaf etdiyini qeyd edib.

"Daha çox insan orta, ağır və son dərəcə ağır formalardan əziyyət çəkir. Simptomlar çox tez inkişaf edir. Uşaqlar da xəstələnməyə başlayıblar", - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, sözügedən virus "Delta" ştammının 45 alt növündən biridir. Rusiyada artıq "AY.4.2" virusu aşkar edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.