Dünya

Kraliça II Elizabet gecəni xəstəxanada keçirib

22 Oktyabr 2021 07:50
0 Şərh     Baxış: 1 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Kraliçası II Elizabet həkimlərin tövsiyəsi ilə Şimali İrlandiyaya səfərini ləğv etdikdən sonra oktyabrın 21-nə keçən gecəni xəstəxanada keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Bukinqem sarayının məlumatında deyilir.

Məlumatda bildirilir: "Həkimlərin bir neçə gün istirahət barədə tövsiyələrini əməl edərək, Kraliça çərşənbə günü ilkin tibbi müayinə üçün xəstəxananı ziyarət edib və bu gün nahar vaxtı Vindzor sarayında qayıdıb. O, yaxşı əhval-ruhiyyədədir".

Qeyd edək ki, oktyabrın 20-si II Elizabet həkimlərin tövsiyəsi ilə Şimali İrlandiyaya səfərini ləğv edib. Həkimlər ona növbəti bir neçə günü sakit rejimdə keçirməyi tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.