Dünya

Qərb Nikoldan üz çevirdi, sorosçuların hücumu başladı

21 Oktyabr 2021 15:58
0 Şərh     Baxış: 1 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Soros Fondu Paşinyanı əvəz etməyə hazırlaşır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Hraparak" qəzeti yayıb. Məlumata görə, son zamanlar Qərb ölkələri və beynəlxalq təşkilatların Ermənistan hakimiyyətinin davranışından açıq narazılığı müşahidə edilir. Bunun artıq Qərb tərəfindən maliyyələşdirilən KİV-lərdə əks olunduğu bildirilib.

Qəzet Sorosun maliyyələşdirdiyi erməni KİV-lərinin əvvəllər Paşinyan və komandasını tərif etdikləri halda indi onu sərt tənqid etməyə başladıqlarını yazıb.

Üstəlik, ABŞ səfiri Linn Treysinin son zamanlar müxalifət və hökumət dairələri ilə görüşlərini artrıdığı qeyd edilib. Görüşlərdə Treysinin Ermənistanda baş verənlərdən, xüsusilə, insan haqları sahəsində pozuntulardan narazılığını gizlətmədiyi də vurğulanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.